Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil qurğular üçün ən təhlükəsiz brauzerlərin adı açıqlanıb
Müxtəlif cihazların işində yaranan problemlərin aşkar edilməsi və aradan qaldırılması üzrə tövsiyələr verən “FixYa” portalı smartfon və planşetlər üçün ən təhlükəsiz brauzerləri təyin edib.
“Safari” ən əlverişli və daha az problemli mobil brauzer elan edilib. “Apple” şirkətinin həlli 1,31 xal toplayıb ki, bu da “Android Browser” (0,87), “Opera” (0,7) və “Google Chrome” (0,64) mobil brauzerlərinin göstəricisindən çoxdur. 0.28 xal toplamış “Internet Explorer” rəqiblərindən xeyli geri qalır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Safari” mobil brauzerinin sadə dizaynı, “Reading List” funksiyası (Mac və iOS arasında istinadları asanlıqla saxlamağa və sinxronlaşdırmağa icazə verir ki, daha sonra bəyənilən məqaləni oxumaq mümkün olsun) və bir səhifədə çoxməsələlik funksiyası. Eyni zamanda “Flash” texnologiyasının dəstəklənməməsi, video məzmunla zəif inteqrasiya və məhdud ekran sahəsi onun zəif cəhətləri kimi elan edilib. “FixYa” portalının əməkdaşları deyiblər ki, bəzi çatışmazlıqlar “iOS 7” platformasında aradan qaldırılıb.
“Android” əməliyyat sisteminə quraşdırılmış brauzer sadə dizayn, iş sürəti və “Flash” texnologiyasını dəstəklədiyinə görə tərif alıb. Lakin proqram tez-tez təsadüfi nasazlıqlarla qarşılaşır, şifrələrdən istifadədə problemlər var.
Təkmilləşdirilmiş interfeys və “HTML5” texnologiyasının dəstəklənməsi “Opera” mobil brauzerinin üstün, təhlükəsizliklə problemlər və kiçik ekran sahəsi ilə iş mənfi cəhətləri olub. Mobil “Chrome” brauzerinin əsas üstünlüyü masaüstü versiya ilə oxşarlığıdır.
Portalın qiymətləndirməsinə görə, 2013-cü ilin sentyabrın yekununa görə 54,16% bazar payına malik “Safari” ən populyar mobil brauzerdir. “Android” əməliyyat sisteminə quraşdırılmış brauzerin payı 22,79% təşkil edir. “Opera mini” brauzerinin 7,68%, “Chrome”un mobil versiyası isə 6,33% paya sahiblənib. “IE” əvvəlki kimi mobil bazarın autsayderi hesab edilir.
Emil Hüseynov
18/10/13 Çap et