Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da fləş yaddaş əsasında yeni superkompyuter işləyəcək
Kaliforniya Universitetinin (ABŞ) tərkibinə daxil olan San-Dieqo şəhərindəki Superkomyuter mərkəzində (SDSC) avqust ayının sonuna kimi “Gordon” adlanan yeni hesablayıcı kompleksin yoxlanılmasına başlanılacaq. 64 qovşaqdan ibarət olan superkompyuterin əsas xüsusiyyəti məlumatların saxlanılmasının alt sistemidir. Bu kompyuterlərdə ənənəvi sərt disklər deyil, fləş yaddaş (SSD) əsasında olan sərt daşıyıcılar tətbiq edilir. Vinçesterlərdən imtina yalnız məlumatların ötürülmə sürətinin artmasına deyil, həm də etibarlılıq artımına, enerji istehlakının azalmasına nail olmağa icazə verib. Superkompyuterin yaradılmasına təxminən 5 il vaxt və ABŞ Milli Elmi Fondu (NSF) tərəfindən verilmiş 20 milyon dollar sərf olunub. “Gordon” məlumatların saxlanılması alt sisteminin ümumi tutumu təxminən 300 TB təşkil edir. Kompleks əməliyyatların yüksək intensivliyi ilə olan iri verilənlər bazalarının işinin saxlanılması üçün təyin edilib.
11/08/11 Çap et