Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nexus 5” smartfonu haqqında internetə məlumat sızıb
"Google Play" mağazasında "Nexus 5" smartfonu və onun təsviri haqqında informasiya yerləşdirilib. Bir müddət ötdükdən sonra cihaz haqqında informasiya silinib, lakin jurnalistlər ekran görüntüsünü çəkməyə macal tapıblar. Saytdakı məlumatlara əsasən, 16 QB daxili yaddaşla təchiz edilmiş smartfon ABŞ-da 349 dollara satılacaq.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google Nexus 5" smartfonunun rəsmi təqdimatı 21 və ya 28 oktyabr tarixində gözlənilir. Modelin istehsalından "LG" şirkəti cavabdehdir, "Android 4.4 KitKat" mobil əməliyyat sistemi quraşdırılıb.
"Nexus 5" smartfonu "Snapdragon 800" prosessoru, 2 QB əməli yaddaş, və "Full HD" təsvir ölçülü 5 düymlük IPS ekranla təchiz edilib.
Emil Hüseynov
18/10/13 Çap et