Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Cenevrədə keçirilən toplantıda təmsil olunur



İsveçrənin Cenevrə şəhərində baş tutacaq “ÜRK-15”  konfransına hazırlıqla əlaqədar BTİ-də yaradılmış JTG 4-5-6-7 işçi qrupunun toplantısı keçirilir.

Dövlət Radiotezlik İdarəsindən verilən məlumata görə, toplantıda iştirak etmək məqsədilə DRİ-nin baş mühəndisi İlham Əfəndiyev, Radiotezliklər üzrə Dövlət Komissiyasının katibi Salman Hüseynov və idarənin Beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Şamil Qasımzadə Cenevrəyə ezam edilib.

CAHANGİR




18/10/13    Çap et