Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Afrika Respublikası ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları mövcuddur


Cənubi Afrika Respublikası (CAR) ilə Azərbaycan arasında bir sıra sahədə əməkdaşlıq imkanları mövcuddur.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov müsahibədə bildirib ki, bu gün Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli sazişlər olmasa da, iqtisadi əlaqələrdən fərqli olaraq, siyasi əlaqələr çox intensivdir.

Səfirin sözlərinə əsasən, ölkələr coğrafi baxımdan biri-birindən çox aralı yerləşdiyi əməkdaşlıq sahələrinin çeşidinə öz təsirini göstərir.

“Ümumi yanaşmada hər iki ölkənin müxtəlif sahələrdə böyük təcrübəsi var. CAR dünyada mədən, kənd təsərrüfatı və turizm ölkəsi kimi tanınır. Azərbaycan isə öz növbəsində enerji, yüksək texnologiyalar, sərmayəçilik və bu kimi sahələrdə artıq dünyada öz adını qazanıb. Bununla yanaşı, mədəniyyət, incəsənət, təhsil, idman və digər istiqamətlər ikitərəfli münasibətlərdə hər zaman diqqət tələb edir”,- deyə o bildirib.  
      
Aynur Vəliyeva 
 




18/10/13    Çap et