Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” daha iki şirkətin xidmət haqlarının qəbuluna başlayıb



"GoldenPay" şirkətinin "Hesab.az" portalından artıq "Global Networks" şirkətinin  xidmətlərinin ödənişini həyata keçirmək olar. Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının istənilən rayonlarında "Naxtel" provayderinin internet və telefon xidmətləri ödənişlərini həyata keçirmək olar.

 "GoldenPay" şirkəti yaxın zamanda onlayn ödəmə sisteminə daha çox  bank qoşmaq niyyətindədir. İlk növbədə bu müqavilələri imzalamış "ATA Bank", "Unibank" ilə yanaşı, "ExpressBank", "Bank Respublika", "Yapıkredibank", "DemirBank" və s. banklarıdır.

Onlayn ödəniş sisteminin üstünlüyü ilk növbədə müştərilərin rahatlığını təmin etməkdir.
İstənilən bankın "Visa" və "MasterCard" kartlarının sahibləri bankın kreditlərini ödəmək üçün portalın "online odənişlər" bölməsində həyata keçirə bilərlər.

Portalda həyata keçirilən ödənişlərin hər 0.10 manatına "Hesab.az" müştəriləri əlavə bonuslar qazanırlar. Bu bonuslar vasitəsilə gələcəkdə onlar "GoldenPay" şirkətindən hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Ödənişlərin aparılması tarixi ödəyicinin "şəxsi kabinet"ində saxlanılır. Yaxın vaxtlarda "Hesab.az" portalında plastik kartı saxlama imkanı yaranacaq ki, bu da istifadəçilərə ödənişləri avtomatik həyata keçirməyə imkan verəcək.

 "GoldenPay" ödəmə sistemi "Visa İnternational" və "MasterCard"da sertifikasiyadan keçib.

Aynur Vəliyeva
 
 




19/10/13    Çap et