Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Velosiped üçün “ağıllı” təkər yaradılıb


Son illər velosipedçilər üçün daha çox yeni qurğu və tətbiqlər yaradılır və nəticədə onunla gəzinti daha əlverişli və maraqlı əyləncəyə çevrilib. Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar.

“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Nyu-Yorklu gənclər tərəfindən yaradılmış “FlyKly” minimal səylərlə hərəkət sürətini artırmağa kömək edir, həmçinin smartfon və GPS vasitəsilə velosipedi məsafədən qorumağa və izləməyə icazə verir.

Sürətin artması üçün təkərə yenidən doldurulan litium batareyalı kiçik elektrik mühərriki quraşdırılıb. Bu motor sayəsində velosipedçinin səyi olmadan sürət saatda 50 kilometrə qədər artır.

Emil Hüseynov
 




19/10/13    Çap et