Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçilərinə ehtiyatlı olmaq məsləhət görülür


"Android" üçün yeni "Copycat App" zərərverici proqram təminatı aşkar olunub. Bu barədə məlumat verən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib ki, zərərvericinin qurbanları Cənub Şərqi Asiyanın 9 ölkəsindən olan istifadəçilər olub. "Android" istifadəçiləri üçün nəzərdə tutulan yeni fırıldaqçı proqram təminatını nəhəng mobil internet provayderlərindən biri olan "NQ Mobile" şirkətinin tədqiqatçıları üzə çıxarıblar:
 
"Yükləndikdən sonra "Copycat" özünü məşhur tətbiqetmə olan "NetDragon 91 Assistant"ın yenilənməsi kimi tanıdır. İstifadəçi bu proqram təminatını yükləyərkən ixtiyari olaraq qurğuya proqram təminatı yüklənir ki, bu da istifadəçi məlumatlarının oğurlanmasına gətirib çıxarır. Bu zərərverici istifadəçinin razılığı və xəbəri olmadan ödənişli xidmətlərdən SMS vasitəsilə istifadə edir".
 
 
Həqiqət İSABALAYEVA




19/10/13    Çap et