Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə elektron xidmətlərlə bağlı treninq keçirilib
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhəri 3 saylı peşə liseyində gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, treninqlərdə gənclərə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, “SWOT” təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması barədə ətraflı məlumat verilib.
Tədbirdə iştirakçılar həmçinin, “www.icazeler.gov.az”, “www.b2b.az” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
SEYMUR
19/10/13 Çap et