Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”dən növbəti yenilik
“Facebook”dan sonra dünyada ən çox istifadəçisi olan sosial media saytı “Twitter” tətbiqetmələr üzərində işləməyə davam edir.
Belə ki, “Twitter”də birbaşa ismarış göndərə bilmək yeniliyi tətbiq edilib.
Bundan sonra sosial media saytı istifadəçilərinə birbaşa ismarış ala bilmək imkanı təqdim edəcək. Yəni əgər istifadəçi bu seçimi işarələyərsə, hər kəsdən birbaşa ismarış qəbul edə biləcək. Bildiyiniz kimi, indiyə qədər “Twitter”də bir nəfərə birbaşa ismarış göndərə bilmək üçün həmin adamı izləmək lazım idi.
Lakin artıq belə bir çətinlik olmayacaq. İndi siz özünüz seçə biləcəksiniz, əvvəlki kimi yalnız izləyicilərinizdən ismarış ala bilərsiniz, ya hər kəsdən birbaşa olaraq ismarış qəbul edə bilərsiniz.
Kamal Hacıyev
19/10/13 Çap et