Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın keçmiş vitse-prezidenti kardiostimulyatoruna haker hücumundan ehtiyat edirmiş
Corc Buşun idarəçiliyi dövründə vitse-prezident Dik Çeyni "60 dəqiqə" proqramında etiraf edib ki, kardiostimulyatoruna haker hücumundan ehtiyat etdiyinə görə onun məsafədən idarə edilməsindən imtina etməyə məcbur olub.
“The Washington Post” yazır ki, 71 yaşlı Çeyni 37 yaşına 5 dəfə ürək tutması keçirib. Ötən il ona transplantat qoyulub. Buna qədər o, bir neçə il radio ilə idarə olunan kardiostimulyatorla yaşayıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, terrorçuların idarəetmə kanalını ələ keçirməsi və stimulyatoru söndürməsi ilə bağlı narahatçılıq yarandığına görə 2007-ci ildə Çeyni öz həkimi ilə birgə bu seçimdən imtina etməyə məcbur olub.
Emil Hüseynov
21/10/13 Çap et