“Windows 8” əməliyyat sistemi qüsurlu çıxdı
“Microsoft” korporasiyası rəsmi saytından “Windows 8” əməliyyat sistemi üçün nəzərdə tutulan ilk “Windows 8.1” yenilənməsini çıxarıb. Yenilənmənin yüklənməsi üçün səhifədə korporasiyanın yaradılan narahatlığa görə istifadəçilərdən üzrxahlığı və problemin tezliklə aradan qaldırılacağı vədi yerləşdirilib.
Yenilənmənin çıxarılmasına səbəb yenilənmə işində yaranan qüsurlar olub. Lakin “Microsoft” nümayəndələri hansı qüsurların aşkar edilməsi barədə məlumat verməyərək əminliklə qeyd ediblər ki, tezliklə yenilənmələr və “Windows 8.1” üzərində gedən işlər barədə məlumat veriləcək. Bundan başqa, korporasiya nümayəndələri bildiriblər ki, yeni sistemin işində yaranan problemlər yalnız məhdud sayda istifadəçilərə aid olub.
Qeyd edək ki, 1975-ci ildə təsis edilən “Microsoft” korporasiyası proqram təminatı istehsalı, xidmətlərin təqdimi və fərdi kompüter və serverlər üçün internet texnologiyalarının işlənməsində dünya lideridir, - “RBK
www.rbc.ru” yazır.