Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan veb-developeri sosial şəbəkələrin və saytların real populyarlığını müəyyən edən startup hazırlayıb
Azərbaycan veb-developeri Əziz Şahhüseynli “Facebook” şəbəkəsində istənilən saytın yığdığı real “like” işarələrinin sayını hesablayan startup yaradıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni startup “Nerostat.com” adlanır və onun sosial media marketinq (SMM) üzrə pis mütəxəssisləri aşkar etməkdə ən yaxşı köməkçi olacağı gözlənilir.
A.Şahhüseynlinin sözlərinə əsasən, “like” və “share” üzrə real statistikanı təqdim edən internet-platformanın əsas məqsədlərindən biri eyni zamanda sosial şəbəkələrdə diskussiyalar haqda məlumat toplamaqdır. Bu ideya 2011-ci ildə yaranıb və reklam verənlərin gözləntilərini aldadan bir saytın təhlilini aparmaq üçün developer təhlil sistemini yaratmaq niyyətinə gəlib.
Azərbaycanda müşahidə olunan sosial şəbəkə populyarlığını nəzərə alaraq sonradan o ideyasını təkmilləşdirərək istifadəçi aktivliyi üzərində işləyən həll hazırlamaq niyyətinə gəlib.
Aynur Vəliyeva
21/10/13 Çap et