Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vyanada informasiya təhlükəsizliyi ilə bağlı toplantı keçiriləcək
Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Daimi Şurasının “İnformasiya və kommunikasiya texnologiyalarından istifadə nəticəsində yaranan münaqişə risklərinin azaldılması üzrə etimad quruculuğu tədbirlərinin gücləndirilməsi” adlı 1039 saylı qərarına əsasən yaradılmış qeyri-rəsmi İşçi Qrupunun növbəti toplantısı keçiriləcək.
Cari ilin 23-24 oktyabr tarixlərində düzənlənəcək tədbirdə informasiya təhlükəsizliyi məsələləri əsas diqqət mərkəzində olacaq.
Qeyd edək ki, sözügedən toplantıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov iştirak edəcək.
SEYMUR
21/10/13 Çap et