Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Iridis4” superkompüteri elmi araşdırmaları sürətləndirir
Bu həftə Sauthempton Universitetində Böyük Britaniya superkompüterləri arasında hesablama gücünə görə liderliyə iddiaçı "Iridis4" öz işinə başlayıb. Onun məhsuldarlığı 250 teraflops (saniyədə üzən vergüllə trilyon əməliyyat) təşkil edir və "IBM Intelligent Cluster x86 arxitekturasına əsaslanır.
"Iridis4 əslində Böyük Britaniyada ən böyük superkompüterlərdən biridir" – universitetin tədqiqat hesablamaları direktoru deyib.
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, bu maşın "IBM" korporasiyasından 5.1 milyon dollara satın alınıb. O, 12200-dən çox "Intel Xeon x86" nüvəsi, 24 ədəd "Xeon Phi" soprosessoru, 50 terabaytdan çox əməli yaddaş və 1 petabaytdan çox disk sahəsi ilə təchiz edilib.
Emil Hüseynov
22/10/13 Çap et