Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1 milyon rusiyalı internetə çıxış üçün mobil qurğulara üstünlük verir
TNS-in məlumatına görə, Rusiyanın mobil internet istifadəçilərinin 21%-ni moskvalı istifadəçilər təşkil edir.
1 milyon rusiyalı internetə çıxış üçün yalnız mobil qurğulardan istifadə edir. Bu barədə "RIW-2013" konfransında "TNS Rusiya"nın nümayəndəsi İnessa İşunkina deyib.
"ICTnews" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, TNS-in məlumatına görə, Moskvada hər dördüncü internet istifadəçisi mobil internetdən istifadə edir.
Hazırda, analitiklərin məlumatına görə, mobil internetin inkişafı masaüstü seqmentinin inkişafından 5 il geri qalır.
Emil Hüseynov
22/10/13 Çap et