Nyu-Yorkda “SMS” həvəskarları üçün mini-dayanacaqlar yaradılacaq
Nyu-York ştatının qubernatoru Endryu Kuomu bəyan edib ki, yaxın vaxtlarda ştatda avtomobil sahiblərinin dayanması, “SMS” oxuması və cavab göndərməsi üçün yüzlərlə kiçik dayanacaq yaradılacaq.
Bundan başqa, ştatın yollarında avtomobil sahiblərini yaxınlıqdakı “SMS-dayanacağı”na qalan məsafə barədə məlumatlandıran xüsusi yol nişanları da quraşdırılacaq.
Ştat hökumətinin nümayəndələri hesab edir ki, bu, insanları cərimələrlə qorxutmaqdan daha ağıllı qərardır, çünki avtomobil sahibləri istər-istəməz bu xəbərdarlıqlara fikir verməyərək sükan arxasında yazışırlar ki, bu da ciddi qəzalara səbəb ola bilər.
Bu arada nəhəng “Toyota” avtomobil istehsalçısı sürücünün diqqəti yayınaraq mobil telefondan istifadəsi zamanı piyadanın vurulmasının qarşısını alan avtomatik sistem təqdim edib.
Öz növbəsində Yaponiyanın digər avtomobil istehsalçısı “Honda” sürücü və piyadanı toqquşma təhlükəsi barədə xəbərdar edən sınaq texnologiyasını nümayiş etdirib. Sistem piyadaların yerini onlara məxsus smartfonların siqnalları ilə izləyəcək.
Bir sözlə, smartfonlar avtomobil nəqliyyatı dünyasına fəal şəkildə nüfuz edərək yollarda təhlükəsizliyin təminində iştirak edir, - “IT Expert
www.itexpert.org.ua” yazır.