Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” portalının istifadəçilərinə kredit sifarişi xidməti təqdim edilib



“Hesab.az” portalının istifadəçilərinə "AtaBank"a  kredit sifarişi vermək imkanı təqdim edilib.

Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “AtaBank”dan kredit götürmək istəyənlər bank filialına getmədən, “hesab.az” saytı vasitəsilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər.

“Hesab.az”da qeydiyyatdan keçən şəxslər şəxsi kabinetlərində “AtaBankda kredit sifariş et” linkini aktivləşdirərək, verilən formanı doldurub kredit sifarişi göndərə bilərlər. Bu sifariş həmin an bank sistemində qeydiyyata alınır və müştəri ilə əlaqə saxlanılaraq, istədiyi kredit ona təklif edilir.

Müştəri kredit sifarişini verərkən adını, soyadını və atasının adını, eləcə də mobil telefonunun nömrəsini mütləq dəqiq göstərməlidir.   

Aynur Vəliyeva




22/10/13    Çap et