Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni, professional tibb xidmətləri şəbəkəsi yaradılıb



Azərbaycanın internet seqmentində “Medx.az” - yeni, professional tibb xidmətləri şəbəkəsi yaradılıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Medx.az” startapının əsas məqsədi həkim və pasiyentlər üçün interaktiv platforma yaratmaqdır, saytda istifadəçilərin həkimlərə müraciət etməsi funksiyası var. Bu günədək saytda 300 həkim qeydiyyatdan keçib.    
  
Həkimlərin rahatlığı və operativliyinin təmin edilməsi üçün yaxın zamanda “Medx.az”ın mobil versiyasının hazırlanması və ümumiyyətlə, funksionalın genişləndirilməsi gözlənilir. Gələn ildən saytda həkimlər üçün dərmanlar üzrə informasiya sistemi tətbiq edilməsi nəzərdə tutulub.

Aynur Vəliyeva




22/10/13    Çap et