Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerinin auditoriyası iki ayda 50 milyon artıb
İki ayda müxtəlif mobil platformalarda əlçatan olan "WhatsApp" messencerinin aylıq auditoriyası 50 milyon artıb və hazırda 350 milyon təşkil edir. Bu barədə "Nokia World" konfransında sözügedən xidmətin baş direktoru Yan Koum deyib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkətinin yeniliklərinə həsr edilmiş tədbirdə Koumun çıxışı heç təsadüfi deyil. Finlandiya şirkəti uzun müddətdir "WhatsApp" xidməti ilə əməkdaşlıq edir: hazırda gündəlik messencerdə "Symbian", "Asha" və "Lumia"nın 250 mindən çox istifadəçisi qeydiyyatdan keçir.
2013-cü ilin avqustunda elan edilmiş statistikaya əsasən, gündəlik "WhatsApp" tətbiqi ilə təxminən 31 milyard mesaj və 325 milyon fotoşəkil ötürülür.
Emil Hüseynov
23/10/13 Çap et