Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad mini” planşeti “Retina” ekranla təchiz ediləcək


“Apple” şirkəti oktyabrın 22-də ikinci nəsil “iPad mini” planşetini təqdim edib.
Sözügedən qurğuda əsas yenilik yüksək təsvir ölçülü (2048x1536 nöqtə ekran və 64 bit prosessordur. Bu prosessor “iPad Air” və “iPhone 5s” qurğularında da tətbiq edilib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni planşet birinci nəsillə müqayisədə daha çox LTE diapazonu dəstəkləyir və daha sürətli “Wi-Fi” modulu ilə təchiz edilib. Avtonom iş vaxtı 10 saata bərabərdir.

“iPad mini” planşeti qara və gümüşü korpuslarda tədarük olunacaq. “Wi-Fi” ilə təchiz edilmiş versiyanın qiyməti 399, LTE versiyada isə 529 dollar olacaq.

Emil Hüseynov
 




23/10/13    Çap et