Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sabah “eTwinning Plus layihəsi”nin icrası ilə bağlı tədbir keçiriləcək
Oktyabrın 24-də Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində “eTwinning Plus layihəsi”nin icrasına həsr olunmuş tədbir keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdə Avropa Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bu layihə haqqında ətraflı məlumat veriləcək, layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs ediləcək. “eTwinning Plus layihəsi” çərçivəsində görülmüş və planlaşdırılan işlərdən, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus layihəsi”nə qoşulub. Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning layihəsi”nin genişlənməsi nəticəsində meydana gələn “eTwinning Plus layihəsi” pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
CAHANGİR
23/10/13 Çap et