Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “FlexyCore” şirkətini satın alıb


"Google" "FlexyCore" şirkətini satın alıb. Sonuncu "Android" əməliyyat sistemini optimallaşdırmağa icazə verən "DroidBooster"  tətbiqinin yaradıcısıdır.

"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, informasiyaya əsasən, "Google" şirkəti bu satınalmaya 16,9 milyon avro ödəyib. Satınalma üçün hazırlıq hələ bir il əvvəldən başlanıb və saziş yalnız bu ayın əvvəlində bağlanıb. "FlexyCore" şirkətinin əməkdaşları "Android" mobil əməliyyat sisteminin üzərində işləyən komandaya qoşulub.

"DroidBooster" tətbiqi artıq "Play Store" mağazasından silinib. Ehtimal ki, onun funksional imkanları "Android" əməliyyat sisteminin gələcək versiyalarından birinə inteqrasiya ediləcək.

Emil Hüseynov
 
 
 
 




23/10/13    Çap et