Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” brauzerində valideyn nəzarəti funksiyası yaradılıb


“Chrome” brauzerində valideyn nəzarəti funksiyasına malik hesablar yaratmaq imkanı mümkün olub. Bu haqda brauzerin rəsmi bloqunda məlumat dərc edilib.

Artıq “Chrome” brauzerində konkret istifadəçilər üçün bu və ya digər saytlara daxil olmağa məhdudiyyətlər quraşdırmaq olar. Nəticədə valideynlər uşaqlarını “böyüklər” üçün məzmundan qoruya biləcəklər.
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, valideyn nəzarəti funksiyasını aktivləşdirmək üçün yeni hesab yaratmaq lazımdır. Bundan sonra xüsusi səhifədən icazə verilmiş və bloklanmış saytların siyahısını idarə etmək mümkün olacaq. Valideyn nəzarəti funksiyası hələ ki beta-test rejimində əlçatandır.

Emil Hüseynov




24/10/13    Çap et