Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti “Firefox OS” ilə işləyən ilk smartfonunu istehsal edib
"LG" şirkəti "Firefox OS" əməliyyat sistemi ilə işləyən ilk smartfonunu istehsal edib. Cihaz "Fireweb" adlanır.
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, təqdim edilmiş model 480x320 nöqtə təsvir ölçülü 4 düymlük sensor TFT ekran və 1 QHs takt tezlikli "Qualcomm" prosessoru ilə təchiz edilib.
Əməli yaddaşın həcmi hələ ki dəqiq məlum deyil, lakin fləş-yaddaş əsaslı daxili yaddaşın həcmi 4 QB təşkil edir. Yaddaş kartları üçün slot, avtofokus və LED işıqlandırıcı ilə 5 meqapiksellik kamera, "Wi-Fi" və "Bluetooth" simsiz rabitə modulları mövcuddur.
İstifadəçilər üçün veb-sörfinq, kamera, fotoşəkillərin emalı, sosial şəbəkələrdə ünsiyyət, naviqasiya, həmçinin oyunlar üçün tətbiqlər əlçatandır. Digər tətbiqləri "Firefox Marketplace" mağazasından yükləmək olar.
Emil Hüseynov
24/10/13 Çap et