Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda yüksək texnologiyaların texniki-iqtisadi problemləri” elmi konfransı keçiriləcək



Azərbaycan  Texniki  Universiteti (AzTU)  10-11  dekabr  tarixində  “Azərbaycanda  yüksək  texnologiyaların  texniki-iqtisadi  problemləri”  mövzusunda  respublika  elmi  konfransını  keçirəcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AzTU-nun rəsmi saytında elan yerləşdirilib.
Konfransa “Sənayedə  insan  kapitalından  səmərəli  istifadə  istiqamətləri”, “Ölkə  iqtisadiyyatının  maddi  əsaslarının  formalaşmasında  yüksək texnologiyaların  rolu”, “Sənayedə  investisiya  və  innovasiya  fəaliyyətinin  təşkili” və “Sənayenin  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  yolları”  bölmələri üzrə məruzələr  qəbul olunur.

Qeyd edək ki, məruzələr  15  noyabr  2013-cü  il  tarixindən  gec  olmayaraq  Azərbaycan Texniki  Universitetinin “Sənaye iqtisadiyyatı və menecment”  kafedrasında  qəbul  edilir.

CAHANGİR
 




24/10/13    Çap et