Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Symantec” daha az gəlir əldə edəcək



Dünyanı iri antivirus proqram təminatı istehsalçısı “Symantec” bu rübdə şirkətin mədaxili və gəlirinin analitiklərin gözləntilərindən az olacağını proqnozlaşdırıb.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, istehsalçının proqnozlarına görə, bu rübdə onun əməliyyat gəliri 1,63-1,67 milyard dollar səviyyəsində satış üzrə hər səhmə görə 41 sentdən 43 sentədək olacaq.

Şirkətin baş direktoru Stiv Bennet bildirib ki, “Symantec” bütün əsas bölmələri üzrə heyətin ixtisarını davam etməkdə məcbur olacaq. Öncə Bennet “Symantec” şirkətinin qlobal restrukturlaşması üzrə kiçik illik plan haqda məlumat verib.

O, ötən rübü şərh edərək bildirib ki, hazırda şirkət korporativ sektorda həllərin satış həcminin əhəmiyyətli dərəcədə azalmasını müşahidə edir, halbuki “Symantec”in mədaxilinin 80%-dək hissəsi məhz biznes satışlardan gəlir.
Bennet bildirib ki, şirkət hazırda bazarın təhlilini aparır və məhsul xətlərini bazar tələbatına uyğun şəkildə yenidən qurmaq niyyətindədir.

Rüblük göstəricilərin nəşrindən sonra “Symantec”in səhmlərinin qiyməti 14% düşərək 24,62 dollar təşkil edib, baxmayaraq ki, ümumilikdə Bennetin şirkətə gəlişindən sonra (2012-ci ilin iyul ayından) onların qiyməti 87% çoxalıb.

“Bloomberg”ə müsahibəsində şirkət rəhbəri bildirib ki, “Symantec” satışların məntiqini  dəyişir və bazarın vertikal və horizontal seqmentlərində satışları üzrə konkret menecer təyin edir. "Öncə bizim menecerlərimiz daha çox yığıcı olublar, indi isə onlar ovçu olmalıdırlar ", - deyə o bildirib.

“Symantec”də bildiriblər ki, göstəricilərin düşməsinin əsas üç səbəbi var: makroiqtisadiyyatda iqtisadi çətinliklər, fərdi kompüterlərin satışlarının azalması və həmçinin “bulud” serverlərinə keçid, bu da məsafədən məlumatların saxlanılmasını nəzərdə tutur və müvafiq olaraq əvvəlki həcmdə məlumatların lokal mühafizəsini istisna edir.

Sentyabrın 27-də başa çatmış hesabat rübündə şirkət bir il öncəki 189 milyon dollara və ya 27 sentə qarşı 241 milyon dollar və ya hər səhmə görə 34 sent həcmində xalis gəlir əldə edib. Mədaxil 1,64 milyard dollar təşkil edib.

Aynur Vəliyeva
 




24/10/13    Çap et