Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LinkedIn” mobil istifadəçilərinin bazasını artırmaq niyyətindədir


“LinkedIn” peşəkar sosial şəbəkəsi bildirib ki, hazırda istifadəçilərin  təxminən 38%-i mobil qurğular üzərindən resursa daxil olur. Gələn il bu göstərici 50%-dək artacaq. “LinkedIn” istifadəçilərinin ümumi bazası hazırda 238 milyon insan təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mobil istifadəçilərin sayını artırmaq üçün şirkət mobil tətbiqlərini tez-tez yeniləyəcək və onları başqa istehsalçıların müxtəlif platformaları ilə birləşdirəcək. Bu barədə sözügedən şirkətin nümayəndələri mətbuat konfransında deyiblər.

Emil Hüseynov




24/10/13    Çap et