Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Japan Display” 3840×2160 təsvir ölçülü 12 düymlük ekran təqdim edib
"Toshiba", "Sony" və "Hitachi" daxil olmaqla "Japan Display" birgə müəssisəsi 3840×2160 nöqtə təsvir ölçülü (4K) 12,1 düymlük ekran təqdim edib. Göstərilən nümunədə ekran çərçivəsinin qalınlığı yan tərəflərdən 2 mm, yuxarı və aşağı hissələrdən 6.8 mm təşkil edib. İstehsalçılar bildiriblər ki, baxış bucağı 160 dərəcədir, parlaqlıq isə 500 nitə qədərdir.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, sözügedən panellərin aşağı enerji sərfiyyatı və qalınlığının az olması planşetlərdə onlardan istifadəyə icazə verəcək. Bu həllin kommersiya istifadəsinə başlanılacağı tarix bilinmir.
Emil Hüseynov
24/10/13 Çap et