Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in aktiv istifadəçilərinin sayı 230 milyonu ötür


“Twitter”in aktiv istifadəçilərinin sayı hazırda 230 milyonu ötür ki, bu da təxminən “LinkedIn” peşəkar sosial şəbəkəsinin auditoriyasına bərabərdir, lakin “Twitter”in oxucuları daha çoxdur.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Twitter”in aktiv auditoriyasının 75%-ni mobil istifadəçilər təşkil edir.

Qeyd edək ki, bir il əvvəl bu göstərici 67% olub.
Mikrobloqlar xidmətində gündəlik 500 milyon tvit dərc edilir.

Emil Hüseynov




25/10/13    Çap et