Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Milli Elmlər Akademiyası təhsil müəssisələrində Grid-seqmentinin tətbiqinə başlayır
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu "EduGrid" layihəsi çərçivəsində təhsil müəssisələrində Grid-seqmentinin tətbiqinə başlayır. Bu barədə institutun Yüksək enerjilər laboratoriyasının müdiri Övsət Abdinov deyib. Onun sözlərinə görə, hazırda institut tərəfindən Grid-texnologiyalar sahəsində elmi nəticələrin əldə edilməsini nəzərdə tutan platforma hazırlanıb. Grid-texnologiyalar formalaşdırılan virtual məkanın informasiya infrastrukturunun əsasını təşkil edir. Bu, layihə iştirakçısının hər birinə tezliklə Grid-əlavələrin yaradılmasında bacarıqlar qazanmağa, eləcə də məlumatların paylanmasının idarə edilməsi üçün Grid-mühitdən istifadə təcübəsi əldə etməyə imkan verəcək.
Grid-seqmentindən istifadə edəcək məktəblər institutun şəbəkəsi vasitəsilə onlayn rejimdə dünyada istənilən müəllimlə ünsiyyət qura, canlı mühazirələr, video-konfranslar və s. təşkil edə biləcəklər. İlk növbədə Fizika İnstitutu Grid-seqmentinin Zərifə Əliyeva adına məktəbdə tətbiqini nəzərdə tutur. Grid-seqmenti yüksəksürətli kopüter şəbəkəsi olmaqla resurslardan vahid şəkildə istifadə imkanına malikdir. Grid-in təhsil seqmentində olması təhsilin alınması prosesində məsafəli ünsiyyət üçün yeni imkanlar açacaq.
12/08/11 Çap et