Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Televiziya və Radio Şurası bir neçə telekanalın lisenziyasının müddətinin uzadılması məsələsinə baxacaq


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçiriləcək.
Şuradan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, iclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılması nəzərdə tutulur.

İclasda  "ANS" Müstəqil Yayım və Media Şirkətinin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin,  "Xəzər TV" MMC-nin isə televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsi müzakirə ediləcək. 

Milli Televiziya və Radio Şurasının 11 aprel 2013-cü il tarixli 03/2 saylı qərarına əsasən, Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və  xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınmış, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin isə xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılanadək davam etdirilməsi qərara alınıb.

Milli Televiziya və Radio Şurasının noyabrın 4-də keçiriləcək iclasında isə kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitmiş "SKY MAX" MMC-nin, "Baku and Boston TV Communication" MMC-nin, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"nın və televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitmiş "CTV" MMC-nin müraciətlərinə baxılacaq.

Aynur Vəliyeva




25/10/13    Çap et