Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İB kompleks tədbirlərə başlayıb


“Aztelekom”İB  vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlayıb. Birliyin baş direktoru Məhəmməd Məmmədov “ICTnews.az”-a açıqlamasında bildirib ki, burada söhbət müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə yanaşı, inzibati binaların estetik vəziyyətə gətirilməsi, abunə şöbələrinin müasirləşdirilməsinə qədər işlərdən gedir.

”Birlik regionlardakı yaşayış məntəqələrini elektron stansiyalarla təmin etməklə müasir rabitə sistemi yaradıb”.

  Baş direktor bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq  Ağdam  rayonunun Quzanlı qəsəbəsində Ağdam TKQ  üçün  yeni  inzibati  və  texnoloji  bina istifadəyə verilib. Beyləqan,  Qazax, Abşeron, Kürdəmir, Neftçala, Zərdab, Şirvan  TKQ-lərin  mərkəzi EATS  binalarında  təmir, Qobustan TKQ-nin yeni  inzibati və texnoloji  binasının tikintisi  işləri başa çatdırılıb.
  Zaqatala TKQ-nin  inzibati  binası və 11 TKQ-də (Saatlı, Xaçmaz, Neftçala, Zaqatala, Bərdə, Ağsu, Qobustan, Balakən, Ağdaş, Salyan, Tərtər) ümumilikdə 92 kənd EATS-nin  binası əsaslı  təmir  olunub, Zaqatala, Balakən, Ağstafa və Cəlilabadın  6  kəndində  yeni  EATS  binaları  tikilib.
 
Onun  sözlərinə görə, digər rayonlarda da uyğun tədbirlər davam edir.

RƏVAN




25/10/13    Çap et