Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Eurovision-2012"-nin Təşkilat Komitəsinə Bakıda internet və informasiya köşklərinin quraşdırılması barədə təklif daxil olub
Azərbaycanın kompüter avadanlığı istehsalçısı KÜR şirkəti "Eurovision-2012"-nin Təşkilat Komitəsinə Bakı şəhərinin ictimai yerlərində informasiya köşklərinin və internet köşklərin quraşdırılması ilə bağlı öz təkliflərini verib. Bu barədə KÜR şirkətindən deyiblər. Bu, turistlərə internet köşklər vasitəsilə hər yerdə internet şəbəkəsindən, eləcə də informasiya köşkləri vasitəsilə elektron xidmətlərdən istifadə etməyə imkan verəcək.
İnformasiya köşklərində istənilən sorğu baza məlumatları, elektron bələdçilər, xəritələr, keçidlərin sxemləri, nəqliyyatın cədvəlini quraşdırmaq, kommersiya reklamını və digər çox şeyləri yerləşdirmək olar. İnternet köşklər şəbəkəsinin qurulmasında Wi-Fi-dan istifadə nəzərdə tutulur. Yüksəksürətli internet xəttinə qoşulan qurğu arzu edənləri sürətli rabitə ilə təmin edəcək. Məlumatların belə terminalda daxil edilməsi bilavasitə sensor ekrandan həyata keçirilir. Bunun üçün ekranda vrtual klaviatura və ya klaviaturanın digər ayrıca qurğusu görünür.
12/08/11 Çap et