Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” gələn həftədən reklam nümayişinə başlayacaq


“Instagram” fotoxidmətindən bildirilib ki, gələn həftədən etibarən ABŞ-da istifadəçilər üçün foto və videoreklam nümayişi üçün sınaq proqramın reallaşdırılmasına başlanacaq.

"Bizim gələcəklə bağlı böyük ideyalarımız var, lakin onları reallaşdırmaq üçün güclü biznes qurmaq lazımdır" – “Instagram” komandasından bildirilib. Məlumata əsasən, reklam yaxın iki ayda nümayiş olunacaq.
Xatırladaq ki, “Instagram” xidməti bu il “Facebook” tərəfindən 1 milyard dollara satın alınıb, hərçənd ki, bu layihə sahiblərinə heç vaxt gəlir qazandırmayıb. “Instagram” fotoxidmətinin auditoriyası hazırda təxminən 150 milyon təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, xidmətin direktoru Kevin Sistrom deyib ki, şirkətin öz gələcəyini maliyyələşdirməsi üçün reklam sisteminin tətbiqi lazımdır.

Emil Hüseynov
 




25/10/13    Çap et