Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mail.Ru”nun üçüncü rübdə mədaxili üç dəfə artıb


“Mail.Ru” bu ilin üçüncü rübündə həyata keçirdiyi işlərlə bağlı hesabat verib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi xəbərə əsasən, şirkətin ümumi mədaxili bu ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,9% artaraq 6 599 milyon rubl təşkil edib.
Cari və depozit hesablarda pul vəsaitlərinin qalığı sentyabrın 30-na olan məlumata əsasən, 26 089 milyon rubl təşkil edib.

“Mail.Ru” portalının aylıq auditoriyası Rusiyada bu ilin sentyabrında 33,7 milyon istifadəçi təşkil edib.

"Birinci yarımillikdə olduğu kimi, kontekst reklamının artım templəri yüksəkdir. Çünki biz fikrimizi “Tatrqet Mail.Ru” məhsulumuzda cəmləşdirmişik və axtarış bazarında bizim stabil payımız var. Üçüncü rübdə kontekst reklamın uğurunda “Yandex” ilə imzaladığımız monetizasiya haqda sazişdə rol oynayıb. Gələcəkdə biz imkan daxilində media inventarı “Tarqet”ə dəyişəcəyik. Ona görə ki, bu reklam inventarını daha effektiv istifadə etməyə imkan verir. Bununla bağlı, biz kontekst reklamından mədaxilimizin, media reklamdan əldə etdiyimiz mədaxildən daha tez artacağını gözləyirik”,- deyə “Mail.Ru Group”un baş direktoru Dmitri Mişin belə deyib.

Aynur Vəliyeva




25/10/13    Çap et