Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Electronics” üçüncü rübün yekununa görə rekord gəlir qazanıb
"Samsung Electronics" şirkəti 2013-cü ilin üçüncü rübünün yekunu üzrə hesabat dərc edib.
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, hesabat dövründə 8,05 trilyon von (7,6 milyard dollar) dəyərində xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur. Analitiklər xalis mənfəətin 7,94 trilyon von olacağını gözləmirdilər. Əməliyyat mənfəətinin məbləği (10,2 trilyon və 9,6 milyard) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat gəliri 26% artıb.
Bu halda əməliyyat gəlirinin təxminən 66%-ni (6,7 trilyon von və ya 6,3 milyard dollar) "Samsung"un mobil bölməsi təmin edib. Üçüncü rübdə smartfonların satış həcmi 10%-dən çox artıb. Planşetlərin satış həcmi 20%-dən çox artıb. Həmçinin bildirilib ki, yarımkeçirici çiplərin istehsalı ilə məşğul olan bölmənin əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.
Emil Hüseynov
25/10/13 Çap et