Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada mobil qurğuları daha çox onlayn alırlar



 “ComScore” şirkətinin bu yaxınlarda işıq üzü görən hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin son 12 ay ərzində sayında 43 faiz artım qeydə alınıb.

Hesabatda Avropanın 5 aparıcı bazarında – Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya bazarlarında mobil telefonlardan istifadəyə dair icmal təqdim olunub.

Aparılan araşdırmaya əsasən, Avropa istifadəçilərinin 20 faizi internet mağazalarının saytlarına smartfonlar vasitəsilə daxil olur, eləcə də internetdə alış-veriş üçün xüsusi proqram təminatından istifadə edir. Bununla yanaşı, onların 14 faizi ötən ay ərzində mobil qurğuların köməyi ilə alış-veriş etdiklərini bildirib.
Bundan başqa, mobil satışların ən sürətli artımının qeydə alındığı ölkə İspaniya (66,5 faiz artım) və İtaliya (61, 1faiz) olub.

Onlayn alışlar edən ən çox smartfon istifadəçiləri Almaniya (9,9 milyon) və Böyük Britaniyadadır (9,7 milyon), - “IT Expert www.itexpert.org.ua” yazır.
 




26/10/13    Çap et