Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti İT bazarında mövqeyini daha da möhkəmləndirəcək


Ekspertlərin fikrincə, “Apple” şirkətinin bazar payı yaxın bir neçə ildə ikiqat, hətta üçqat arta bilər. Belə mülahizəni investorlara məktub vasitəsilə “Sterne Agee” konsaltinq agentliyinin analitiki Şou Vu bildirib. Şou Vunun sözlərinə görə, “Apple” şirkəti həm istehlak, həm də korporativ sektorda artım üçün əla imkanlara malikdir. "Şirkətin aşkar müvəffəqiyyətlərinə baxmayaraq, mobil telefon və fərdi kompyuter seqmentlərində “Apple” şirkətinin payı yalnız 4-5% təşkil edir. Biz əminik ki, “Apple” şirkəti yaxın illərdə bu göstəricini ikiqat, hətta üçqat artırmağa qadirdir”.


www.dailycomm.ru




12/08/11    Çap et