Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” 2013-cü ildə ən sürətlə inkişaf edən mobil ƏS-i adlandırılıb


“GlobalWebIndex”-in məlumatına görə, “iOS” bu il ən sürətlə inkişaf edən mobil əməliyyat sistemi  (ƏS) olub. Belə ki, 2013-cü ilin əvvəlində “iPhone” istifadəçilərinin bazar payı 14% olduğu halda, üçüncü rübdə bu rəqəm 19% təşkil edib. Ekspertlərin proqnozuna görə, ilin sonuna kimi “Apple” smartfon istifadəçilərinin sayı 233 milyon, “iPad” planşetində isə bu göstərici 165,72 milyon nəfər olacaq.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “iOS” platformasının inkişaf tempinə baxmayaraq, “Android” (57%) mobil seqmentdə lider olaraq qalır: “GlobalWebIndex” analitiklərinin qiymətləndirməsinə əsasən, “Android” istifadəçilərinin sayı 708 milyon təşkil edir.

Analitik şirkətin hesablamasına əsasən, “Windows Phone” istifadəçilərinin sayı 68,26 milyon, “BlackBerry”-də isə 62,56 milyon təşkil edir.

Kompüter bazarında “Windows 7” əməliyyat sistemi (734,12 milyon istifadəçi) liderdir, “Apple Mac” istifadəçilərinin sayı 47,78 milyon təşkil edir.

Emil Hüseynov




26/10/13    Çap et