Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saytlara daxil olmaq üçün yeni üsul hazırlanıb


Amerikadan olan proqramçı Stiv Gibson saytlarda tanınma – autentifikasiya üçün yeni üsul hazırlayıb. Proqramçı yeni üsulu "SQRL – (Secure QR Login)" standartı adlandırıb. Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib ki, adından da məlum olduğu kimi, yeni standartda sayta daxil olmaq üçün QR - kod istifadə olunur: "Sayt ziyarətçiyə QR - kod göstərir və istifadəçidə telefonunda olan xüsusi tətbiqetmə vasitəsilə kameranı QR - kodun üzərinə yaxınlaşdırır.
 
Tətbiqetmə bu zaman şifrlənmiş şəkildə URL göstərir. Beləliklə, istifadəçi sistemdə tanınmaq üçün istifadəçi adı və şifrəni göstərmədən o sətirləri boş da saxlaya bilər. Lakin təcrübədə ənənəvi tanınma üsulunu saxlamaq lazımdır, çünki hər kəsdə smartfon olmadığını nəzərə almaq lazımdır. Bu üsul autentifikasiya təkrar hücumun və şifrəni tutmanın qarşısını alır".
 
Həqiqət İSABALAYEVA




26/10/13    Çap et