Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Təhlükəsizlik Agentliyinin saytı işləmir
ABŞ Milli Təhlükəsizlik Agentliyinin saytı istifadəçi sorğularına cavab vermir. "Downforeveryoneorjustme.com" xidmətinin məlumatına görə, MTA internet nümayəndəliyi istifadəçilər üçün əlçatmazdır.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, MTA saytının işləməməsinin səbəbləri haqqında heç bir məlumat verilməyib.
Son zamanlar Milli Təhlükəsizlik Agentliyinin adı istifadəçilərin elektron yazışma və telefon danışıqlarını izləmə sistemi (PRISM) ilə bağlı hallanıb. Bu sistemin mövcudluğu haqqında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snouden deyib. Onun jurnalistlərə təqdim etdiyi sənədlərdən məlum olub ki, ABŞ Xüsusi Xidmət orqanları, həmçinin dünya dövlətləri liderlərinin yazışmalarını da izləyib.
Emil Hüseynov
26/10/13 Çap et