Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanın “Elektron hökumət” portalında 30-dan artıq dövlət orqanının elektron xidmətləri yerləşdirilib



Naxçıvanın “Elektron hökumət” (e-hokumet.nmr.az) portalı vasitəsilə muxtar respublikanın 34 dövlət orqanının xidmətlərindən yararlanmaq mümkündür.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” elektron xidmətlər portalına 34 dövlət orqanı qoşulub.  Bu dövlət orqanlarına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Nəqliyyat, Gənclər və İdman nazirlikləri, Şəhərsalma və Arxitektura, Gömrük,  Torpaq və Xəritəçəkmə, Ailə, Qadın və Uşaq Problemləri, Statistika, Standartlaşdırma, Metrologiya və Patent, Meliorasiya və Su Təsərrüfatı komitələri, Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan Ali Məclisi yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış, Daşınmaz Əmlakın Dövlət Reyestri, Baytarlıq xidmətləri, Energetika, Satınalmalar agentlikləri, Arxiv İdarəsi, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzi daxildir.
 
Qeyd edək ki, “E-hökumət” elektron xidmətlər portalı vətəndaşlar, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulub. Portal istifadəçilər üçün zəruri məlumatların əldə edilməsini və lazım olan xidmətlərin göstərilməsini təmin edir.
 
CAHANGİR




28/10/13    Çap et