Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrə mobil qurğularla daha çox daxil olurlar


“Statista” şirkətinin araşdırmasına əsasən, ABŞ-da sosial şəbəkələrdə keçirilən vaxtın 65%-i mobil qurğuların payına düşür.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, hazırda amerikalı istifadəçilər fotoşəklə baxmaq, xəritədən istifadə, oyunlar oynamaq, havadan xəbərdar olmaq və sosial şəbəkələrə giriş üçün fərdi kompüterlərə deyil, mobil telefonlara üstünlük verirlər.

Kompüterlər əvvəlki kimi ABŞ-ın elektron ticarətlə məşğul olan və ya əyləncə xəbərlərini izləyən vətəndaşları arasında populyardır.

Emil Hüseynov




28/10/13    Çap et