Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” rebrendinqini həyata keçirəcək şirkət ilə müqaviləni həftəsonuna kimi imzalayacaq


Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini Hollandiyanın “Guidion” şirkəti həyata keçirəcək. Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi məhz bu şirkət olub.
“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda tenderin qalibi ilə danışıqlar başa çatmaq üzrədir.

Bu həftənin sonuna kimi tenderin qalibi ilə müqavilənin imzalanması nəzərdə tutulub. Tender şərtlərinə əsasən, şirkət “Azərpoçt”un marketinq strategiyasını tərtib edəcək. Marketinq strategiyası pilot layihə çərçivəsində Şirvanda tətbiq ediləcək.

Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihə Dünya Bankı tərəfindən idarə edilir.

Aynur Vəliyeva




28/10/13    Çap et