Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

12 yaşlı məktəbli oyuna görə saytları “sındırıb”


 
Monreal şəhərində yaşayan 12 yaşlı məktəbli “Anonymous” haker qrupu ilə əməkdaşlığını etiraf edib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, məktəbli dövlət saytlarına müdaxilə əvəzində kompüter oyunları ilə mükafatlandırılıb. Haker bir sıra saytlara, həmçinin Çilinin dövlət saytına giriş əldə edərək kiberhücum təşkil edib.

Hüquqşünasların fikrincə, yeniyetmə haker qrupunun tapşırıqlarını yalnız çağırış üçün həyata keçirib.
Yeniyetmə tərəfindən vurulmuş mənəvi zərərin həcmi 60 min dollar dəyərində qiymətləndirilib. Noyabrda həddi-buluğa çatmamış hakerin işi  ilə bağlı son məhkəmə iclası keçiriləcək.

Emil Hüseynov
 




28/10/13    Çap et