Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Temza çayı “Google Street View” kartoqrafiya xidmətinə salınıb
Temza çayı ilk dəfə olaraq “Google Street View” kartoqrafiya xidmətinə salınıb. Panorama görünüşü London limanının idarəçiliyinə məxsus Yantlet gəmisinin bortunda quraşdırılmış “Trekker” kamerasının köməyi ilə çəkilib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Temza çayı Britaniya və Avropanın “Google Street View” texnologiyasının köməyi ilə şəkli çəkilmiş ilk çayı kimi tarixə düşüb.
“Google UK”-dan coğrafi məkan texnoloqu Ed Parsonsun sözlərinə görə, Temza çayından Londonun ən mənzərəli yerlərini seyr etmək mümkündür. Hazırda bütün dünya istifadəçiləri Britaniyanın məşhur çayını “Google Street View” kartoqrafiya xidmətində görə biləcəklər.
Emil Hüseynov
28/10/13 Çap et