Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatların optik lif vasitəsilə uzaq məsafəyə ötürülməsində rekorda imza atılıb


Çinin “ZTE” şirkəti və “China Telecom” operatoru aralıq gücləndiricilər və siqnalın çeviriciləri olmadan optik lifin köməyi ilə məlumatların uzaq məsafəyə ötürülməsi üzrə dünya rekorduna imza atıb.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, 3200 km məsafədə 1 Tbit/s sürətində məlumat ötürülməsi 24 saat davam edib. Məlumatlar real vaxt rejimində ötürülüb.

Bundan əvvəlki rekord, 2012-ci ildə “ZTE” şirkəti ilə “Deutsche Telekom” operatoru ilə birgə təyin edilib. O zaman 2,45 min km məsafənin öhdəsindən gəlinib. Məlumatların ötürülməsi parametrləri eyni olub.
Xatırladaq ki, Çinin “ZTE” şirkəti rabitə operatorları üçün telekommunikasiya avadanlığı, öz brendi altında mobil telefonlar, həmçinin Rusiyanın mobil rabitə operatorları üçün telefon və “3G” modemlər istehsal edir.

Emil Hüseynov
 




28/10/13    Çap et