Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “Windows” əməliyyat sisteminin brauzer emulyatoru təqdim edilib


ABŞ proqramçısı Ceff Par "Windows 1.01" əməliyyat sisteminin (ƏS) brauzer emulyatorunu təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, emulyator "JavaScript" dilində yazılıb. Proqramı "maus" və klaviaturanın köməyi ilə idarə etmək olar.
 

 
Emulyator pəncərəsinin alt hissəsində "Ctrl+Alt+Del", "Esc", "F10" və başqa düymələr yerləşib. Emulyator, həmçinin istifadəçiyə A və B diskdaxiledicilərinə disketlər "daxil etməyə" icazə verir.
"Windows 1.01" ƏS-i 1985-ci ilin noyabrında işıq üzü görüb və "MS-DOS" üzərindən işləyib, hərçənd ki videokart, "maus", klaviatura və başqa qurğular üçün öz drayverlərinə malik olub. 1987-ci ildə "Windows 2.0" əməliyyat sistemi çıxarılıb.

Emil Hüseynov
 




29/10/13    Çap et