“İntel” şirkəti ultrabuk istehsalçılarını dəstəkləyəcək
“İntel” korporasiyası xüsusi fond formalaşdırıb. Bu fond tərəfindən yeni tip portativ kompyuter – ultrabuk istehsalçılarına maliyyə dəstəyi göstəriləcək. Fond vasitəsilə şirkətə 300 milyon dollar sərmayə qoymaq planlaşdırıldığı bildirilib. Pul 3-4 il ərzində ayrılacaq. Ultrabuklar, gözlənildiyi kimi, ənənəvi noutbuk və planşetlərin funksionallığını birləşdirəcəklər. Cari ilin sonuna kimi “Acer”, “ASUS” və “Lenovo” ultrabukları təqdim etməyi planlaşdırıblar. Ultrabukların qiymətinin 1 000 dolları ötməyəcəyi gözlənilir.
hard.compulenta.ru